Samsung, 2027-ci ildə təqdim olunması gözlənilən Exynos 2800 çipinə özünün hazırladığı qrafik prosessorunu (GPU) əlavə etməyə hazırlaşır. Bu addım şirkət üçün tarixdə bir ilk olacaq və gələcəkdə Exynos 2800 digər şirkətlərə də satıla bilər.

İndiyədək çip istehsalında, xüsusilə qrafik prosessor sahəsində, müxtəlif şirkətlərlə əməkdaşlıq edən Samsung, xarici asılılığını azaltmaq istəyir. Hal-hazırda təqdim edilmiş və Galaxy S26 seriyasında istifadə olunacaq Exynos 2600 çipi bu dəyişikliklərin ilk real nümunələrindən biridir.

2 nanometrlik texnologiya ilə diqqət çəkən 2600 əsasən AMD memarlığı üzərində qurulub. Lakin şirkət çipdəki Xclipse 960 GPU-nu tamamilə öz dizaynı ilə hazırlayıb. Əgər 2600 uğurlu nəticələr göstərsə, Samsung əsas memarlığı da öz dizaynı ilə yarada bilər. Gələcək planlarda isə şirkət öz dizayn GPU-larını daha geniş sahələrdə istifadə etmək niyyətindədir. Cənubi Koreyalı nəhəng, yalnız smartfonlar və planşetlərlə məhdudlaşmaq istəmir; məqsəd smart eynəklərdən avtonom avtomobillərə qədər geniş sahədə tətbiq etməkdir.

Öz GPU-ları üzərində tam nəzarətə malik olacaq şirkətin, aparat və proqramın birlikdə işləməsi sahəsində daha yaxşı nəticələr göstərməsi gözlənilir. Əgər Samsung GPU memarlığını tamamilə özü hazırlaya bilsə, Apple və Qualcomm kimi, qrafik prosessorlarını sıfırdan dizayn edə bilən azsaylı texnologiya şirkətlərindən biri olacaq.

Leave a Reply

BAŞQA NƏ XƏBƏR VAR?

Discover more from petech

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading