Dünyanın qlobal onlayn səyahət və rezervasiya nəhəngi Booking.com, müştərilərinə məxsus bəzi şəxsi məlumatların kənar şəxslərin əlinə keçdiyini rəsmən təsdiqlədi. Şirkət son günlərdə istifadəçilərinə göndərdiyi xəbərdarlıqlarda məlumat təhlükəsizliyinin pozulması barədə məlumat versə də, hadisənin miqyasına dair detalların hələ də kifayət qədər açıqlanmadığı görünür.
Müştərilərə göndərilən bildirişlərdə ad, e-poçt ünvanı, telefon nömrəsi və rezervasiya detalları kimi bir sıra fərdi məlumatların sızmış ola biləcəyi qeyd edilib. Bundan əlavə, istifadəçilərin yerləşmə obyektləri (otellər) ilə paylaşdığı digər məlumatların da risk altında olduğu bildirilir. Bununla belə, şirkət maliyyə məlumatlarının (kart rekvizitləri) və yaşayış ünvanlarının bu sızmadan təsirlənmədiyini xüsusi vurğulayıb.

Hadisənin üstü isə istifadəçilərin qarşılaşdığı şübhəli hallarla açılıb. “Reddit” platformasında bir istifadəçinin paylaşdığı məlumata görə, iki həftə öncə ona WhatsApp vasitəsilə gələn fırıldaqçı (phishing) mesajında rezervasiyasının ən xırda detalları və şəxsi məlumatları yer alıb. Bu fakt cinayətkarların ələ keçirdikləri məlumatlardan istifadə edərək hədəfəyönümlü dələduzluq fəaliyyəti ilə məşğul olduqlarını sübut edir.
Məsələ ilə bağlı açıqlama verən Booking.com-un rəsmi nümayəndəsi Kortni Kemp (Courtney Camp) bildirib ki, şirkət şübhəli fəaliyyətləri aşkarladıqdan dərhal sonra lazımi tədbirləri görüb:





Leave a Reply