Karyera qurulması və peşəkar inkişaf sahəsində fəaliyyət göstərən Aghayev Group Company şirkətinin 10 may 2026-cı il tarixində rəsmi açılış tədbiri baş tutub. Mərasimdə fərqli sektorların nümayəndələri, gənclər, təlimçilər və şirkət kollektivi bir araya gəlib.

Tədbirdə rəqəmsal və biznes ekosisteminin tanınmış simaları — “Mr Technology” şirkətinin rəhbəri Mirsəid Hüsülü, “AG Company” şirkətinin rəhbəri Gültəkin Əliyeva, “Rise Academy”-nin təsisçisi Gülmira Həsənzadə, “ÜTÜ Qrup”-un təsisçi rəhbəri Zaur Cahangirov, “Sirius Studio”-nun təsisçisi Elməddin Məmmədov, “Lucebra” şirkətinin təsisçisi Rəşad Qafarov və mentor təlimçi Gülnar Tağı kimi qonaqlar da iştirak ediblər.

Tədbirdə çıxış edən şirkətin təsisçisi Nizam Ağayev qeyd edib ki, layihənin təməl qayəsi gənclərin daxili potensialını ortaya çıxarmaq, onların peşəkar cəhətdən böyüməsinə kömək etmək və əmək bazarının tələblərinə tam uyğun şəkildə formalaşmalarına şərait yaratmaqdır.

Şirkət əsasən gənclərin və özünü inkişaf etdirmək istəyən şəxslərin karyera pillələrini daha planlı və sistemli şəkildə qurmasına xidmət edir. Bu müddətdə Aghayev Group Company tələbələrə həm nəzəri biliklər, həm də praktiki vərdişlər aşılayan təlim proqramları təklif edir. Bu təlimlər sırasına layihələrin idarə edilməsi (PM), vergi və mühasibatlıq, e-ticarət, mobiloqrafiya, texniki ingilis dili, emosional zəka və peşəkar nitq kimi müasir dövrün tələb etdiyi sahələr daxildir.

İştirakçılar şirkətin xüsusi karyera paketlərindən yararlanaraq öz hədəflərinə uyğun ixtisas seçimi, dil dərsləri, Amerika və Kanada yönümlü seminarlar, HR mütəxəssisləri ilə fərdi görüşlər, peşəkar CV-lərin hazırlanması və müxtəlif təcrübə proqramlarında iştirak şansı qazanırlar.

Açılış zamanı gələn qonaqlara şirkətin gələcək hədəfləri, tədris proqramları və tərəfdaşlıq perspektivləri haqqında ətraflı məlumat verilib. Tədbir xoş bir mühitdə, yeni layihələrin təqdim olunması ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, Aghayev Group Company tezliklə müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni təlim və inkişaf layihələrinin icrasına başlamağı nəzərdə tutur.

Leave a Reply

BAŞQA NƏ XƏBƏR VAR?

Discover more from petech

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading